Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun anadan olmasının 105 illiyi qeyd olnmuşdur

Əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun anadan olmasının 105 illiyi qeyd olnmuşdur

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Hacıbəyovlar nəslinin parlaq nümayəndələrindən biri olan, bəstəkar, Azərbaycanda musiqili teatrın yaradıcılarından biri Zülfüqar Hacıbəyovun oğlu, görkəmli dirijor maestro Niyazinin qardaşı, tanınmış dirijor Çingiz Hacıbəyovun anadan olmasının 105 illiyinə həsr olunmuş tədbiri Niyazi mənzil muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açmışdır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti Ülviyyə Hacıbəyova, bəstəkar, Xalq artisti Azər Dadaşov, bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov  Hacıbəyovlar nəslinin musiqi mədəniyyətimizdəki əvəzolunmaz xidmətləri, Çingiz Hacıbəyovun yaradıcılıq yolu haqqında çıxış etmişlər. Onların çıxışları muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.

Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artistləri Gülnaz İsmayılovanın, Ülviyyə Hacıbəyovanın, Azər Dadaşovun, Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq və Respublika müsabiqələri laureatı Nəriman Əmiraslanovun, Respublika müsabiqələri laureatı Arzu Hüseynovanın ifalarında  Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim olunmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 Oktyabr 2018 12:31 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə