Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağsu Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot -1. Əsaslı təmir işləri üçün sinklənmiş dəmir torun satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-dəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. 
Əlaqələndirici şəxs- Şahməmməd Abdullayev .
Ünvan- Ağsu şəhəri , Mehdi Hüseyn küçəsi 1.
E-mail: [email protected]
Tel- (020) 22 6 53 68
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 50.00 (əlli) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Ağsu Suvarma Sistemləri İdarəsi
Bank rekvizitləri-
VÖEN-3500028611
H/h- AZ46CTRE 00000000000002352901
Dövlət Xəzinədarlığı Agentliyi
Kod-210005
VÖEN-1401555071
M/h- AZ41NABZ 01360100000000003944
SWİFT BİK:CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 60 (altmış) bank günü çox olmalıdır).
4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
4.1. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış. 
4.2. İddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
4.3. Maliyyə vəziyyəti haqqında bank arayışı.
4.4. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına aid arayış.
4.5. İddiaçının nizamnaməsi
4.6. Dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdiyi ölkə)
4.7. İddiaçının rekvizitləri.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 4 avqust 2020-ci il saat 16.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 12 avqust 2020-ci il saat 16.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 13 avqust 2020-ci il saat 16.00-da elektron portal vasitəsilə açılacaqdır.
 
 
Tender komissiyası
11 2020 00:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 İyul 2020 | 00:00
MƏTANƏT A
31 İyul 2020 | 00:00
KAPİTAL BANK
31 İyul 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə