Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pak Kın Henin həbs cəzası 20 ilə endirilib

“Reuters” agentliyinin məlumatına görə, Seul Yüksək Məhkəməsinin apelyasiya iclasında Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Henin həbs cəzasının müddəti 20 ilə endirilib. 
Məhkəmə 68 yaşlı sabiq prezidentin təxminən 15 milyon dollar cərimə və 3 milyon dollar dəbbə pulu ödəməsinə dair qərar çıxarıb.
Məlumata görə, məhkəmə Pak Kın Heyə 15 il korrupsiya əməllərinə görə, əlavə 5 il isə vəzifə səlahiyyətlərindən sui-istifadəyə  görə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, Cənubi Koreyanın ilk qadın prezidenti 2013-cü ildə dövlət başçısı seçilib. 2017-ci ilin martında konstitusiya məhkəməsi parlamentin Park Kın He haqqında impiçment qərarını təsdiqləyərək, onu rəsmən vəzifəsindən kənarlaşdırıb.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”

10 2020 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə