Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaqut Qarayeva: Yoluxanlarla sağalanların sayı arasındakı kəskin fərq azalmağa doğru gedir

Bugünkü statistikaya görə, yoluxanların sayı ilə sağalanların sayının eyniləşdiyini demək olar. Yoluxanlarla sağalanların sayı arasındakı kəskin fərq azalmağa doğru gedir. Bu, onu deməyə imkan verir ki, bəlli bir sabitləşməyə nail ola bilmişik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iyulun 10-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Şöbə müdiri bildirib ki, bu sabitləşməyə vətəndaşların qaydalara riayət etməsi ilə nail olunub: “Cəmiyyətimizdə xəstəliyə qarşı mübarizə özünü daha yaxşı göstərir. Vətəndaşlar daha ciddi şəkildə qaydalara riayət edirlər. Bunu marketlərdə, ictimai nəqliyyatda da müşahidə etmək olar. Xəstəliyin ağırlaşmasına inanan vətəndaşların sayı daha çoxdur. Hər birimiz qaydalara riayət edərək xəstəliyə qalib gələ bilərik”. 

10 2020 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə