Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19-a yoluxanların təcrid dövrü bitəndən sonra təkrar testdən keçmələri tələbinin tibbi əsası yoxdur

Koronavirus bir xəstəlik kimi klinik olaraq dəyərləndirilir. Əgər bir xəstədə klinik olaraq sağalma baş verirsə, onun təkrar testdən keçirilməsi tələb olunmur. 
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“Testlər əsasən burun, udlaq və boğazdan alınan yaxmalarla aparılır. Başqa ölkələrin təcrübələrində bəzi xəstələr tam sağaldıqdan sonra onlarda virusun genetik materialı qaldığı üçün pozitivlik aşkarlanması hallarına rast gəlinib. Lakin onlar artıq yoluxdurucu sayılmırlar. Vətəndaş özü xəstəlik keçiribsə və izolyasiya dövrünü bitiribsə, ailəsində aktiv COVID-19 xəstəsi olsa da o, artıq yoluxucu sayılmır. Xəstəliyi keçirmiş insanlarda immunitet də yaranır. Ona görə də həmin şəxslər izolyasiya dövrünü bitirəndən sonra tam rahat şəkildə işə çıxa bilərlər. İdarələrdə onlardan test tələb olunması halı ilə rastlaşırıq. Virusa yoluxan vətəndaşın 21 günlük izolyasiya dövrü bitəndən sonra ondan mütləq test tələb olunmasının tibbi əsası yoxdur”.

 

AZƏRTAC

10 2020 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə