Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Srebrenitsa soyqırımı qurbanlarının xatirəsi anılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində soyqırımı aktı qurbanlarının anım mərasiminin iştirakçılarına videomüraciət ünvanlayacaq. Bu barədə “Anadolu” agentliyi Türkiyənin Bosniya və Herseqovinadakı səfiri Haldun Koça istinadən məlumat verib. 

Soyqırımı qurbanlarının anım mərasimi iyulun 11-də Potoçari Memorial mərkəzində baş tutacaq və Ərdoğanın videomüraciəti də həmin vaxt nümayiş etdiriləcək. Koç bildirib ki, koronavirus pandemiyasının geniş yayılması ilə əlaqədar Srebrenitsada anım tədbiri məhdud sayda insanın iştirakı ilə keçiriləcək. 
Səfir deyib: “Türkiyə üçün birinci dərəcəli məsələ Bosniya və Herseqovinanın sabitliyi, birliyi və inkişafıdır”. O, eyni zamanda, Balkanların tarixindəki faciəli hadisələrdən dərs götürməyə çağırıb. Koçun sözlərinə görə, Türkiyə Bosniya və Herseqovinanın dostu olaraq qalır və dövlət strukturları bu ölkənin inkişafına töhfələr verməkdə davam edəcək. 
Xatırladaq ki, Bosniya və Herseqovinanın sakinləri 1995-ci il iyulun 11-də Srebrenitsada qəddarcasına öldürülmüş 8 mindən artıq müsəlmanın xatirəsini yad edəcəklər. Srebrenitsa soyqırımı İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük humanitar fəlakət hesab olunur. 
1993-cü ilin aprelində BMT Təhlükəsizlik Şurası Srebrenitsanı “təhlükə zonası” elan edib. Ancaq bununla kütləvi qətllərin qarşısını almaq mümkün olmayıb. Şəhər 11 iyul 1995-ci ildə Radko Mladiçin başçılıq etdiyi Bosniya serbləri ordusu tərəfindən tutulub. Mladiç sonradan Beynəlxalq Haaqa Tribunalı tərəfindən soyqırımı (genosid) və insanlıq əleyhinə cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib. 
Dinc Bosniya müsəlmanları BMT-nin Niderlanddan olan sülhməramlılarına güvənsələr də, sonuncular onları serblərə satmışdılar. Beləliklə, 8 mindən çox bosniyalı gizləndikləri meşələrdə, iş yerlərində, evlərində məhv edilmişdi. Onlar kütləvi məzarlıqda dəfn edilib. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

10 2020 21:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə