Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal istiləşmə sürətlənib

BMT-nin Dünya Meteorologiya Təşkilatı görülən tədbirlərə rəğmən qlobal istiləşmənin sürətləndiyini bəyan edib. Təşkilat qlobal istiləşmənin qarşıdakı on ildə kritik həddə çatacağı qənaətindədir. Proqnoza görə, 2024-cü ilədək qlobal orta temperatur sənayeləşmə dövründən əvvəlki vaxtla müqayisədə azı 1 dərəcə yuxarı olacaq.
Xatırladaq ki, dünya ölkələri 2015-ci ildə Paris İqlim Konfransında 2060-cı ilədək qlobal orta temperaturun sənayeləşmə dövründən əvvəlki vaxtla müqayisədə 1,5 dərəcədən yuxarı qalxmamasına dair tədbirlər görməyi öhdələrinə götürmüşdülər.
Məlumatı BBC yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

10 2020 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə