Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan Rusiyadan S-400 raketləri alacaq

Hindistan Rusiyadan S-400 raketləri alacaq

Hindistan Rusiyadan S-400 hava müdafiəsi raket sisteminin alınması üçün 5 milyard dollarlıq müqavilə imzalayıb.Bu müqavilə oktyabrın 5-də Hindistanın baş naziri Narendra Modi və Rusiya prezidenti Vladimir Putin tərəfindən Nyu Delhidə imzalanıb. Strateq.az bu barədə məlumat verib.

Bu müqavilənin Birləşmiş Ştatlar tərəfindən əsəbiliklə qarşılanacağı gözlənilir. Ötən ay ABŞ Rusiyadan S-400 də daxil silah aldığına görə Çinin üzərinə sanksiyalar elan edib. İmzalanmadan sonra keçirilən mətbuat konfransında Putin deyib ki, Hindistanda 6 nüvə elektrik layihələri barədə də razılaşmalar əldə olunub. Əlavə edib ki, o və Modi Hindistanın pilotlu kosmik uçuş planlarına dəstək verilməsi barədə razılaşma əldə ediblər.

Hazırda Rusiya və ABŞ arasında münasibətlər Soyuq müharibənin sonundan bəri ən aşağı həddinə enib. Bu ilk növbədə Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etməsi və Moskvanın şərqi Ukraynada separatçılara dəstək verməsi ilə bağlıdır.

Bu ayın əvvəllərində Hollandiya, Britaniya və ABŞ Moskvanı bir sıra qlobal haker hücumlarını həyata keçirməkdə ittiham edib. Hindistan və Rusiya arasında uzun müddətdən bəri davam edən isti münasibətlər var və Rusiya Hindistanın əsas silah təchizatçısıdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Oktyabr 2018 12:23 - TEXNİKA
TEXNİKA
8 Noyabr 2018 | 19:21
Maye robot hazırlanıb
8 Noyabr 2018 | 19:01
Ən ucuz noutbuk təqdim edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin