Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya XİN: Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib ki, biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək.

 

Mariya Zaxarova qeyd edib ki, Rusiya bu təşəbbüsü dəstəkləyib: "Qoşulmama Hərəkatının və onun sədri qismində Azərbaycanın təşəbbüsü ilə xüsusi sessiyanın çağırılması qərarı qəbul edilib və Rusiya bu təşəbbüsü dəstəkləyib. Əminik ki, xüsusi sessiya konstruktiv əsasda keçəcək və hansısa substantiv qərarın qəbul olunması ilə bitəcək. Nyu-Yorkda mürəkkəb epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi sessiya onlayn formatda keçiriləcək. Hazırda müvafiq prosedurların razılaşdırılması davam edir".

10 2020 15:52 -

Köhnə versiyamızdan xəbərləri izlə