Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Real Madrid"in futbolçusunda koronavirus şübhəsi

Həkimlər İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Juniorun koronavirusa yoluxduğundan şübhələnirlər.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan "Marca"ya açıqlamasında deyib.

Onun sözlərinə görə, tibb işçiləri braziliyalı hücumçudan götürülən analizdə anormallıq olduğunu bildiriblər: "İkinci dəfə test verib, cavabı gün ərzində deməlidirlər. Hərdən belə də olur ki, test düzgün göstərmir. Amma istənilən halda futbolçu bu vəziyyətdə məşq edə bilməz. Ümid edirəm ki, Vinisius sağlamdır və sabah komanda ilə hazırlıqda iştirak edə biləcək".

Qeyd edək ki, "Real Madrid" La Liqada növbəti oyununu iyulun 10-da evdə "Alaves"ə qarşı keçirəcək.

Salman Musaoğlu,
“Xalq qəzeti”

10 2020 15:26 - İDMAN
İDMAN
29 İyul 2020 | 22:16
İlin ən yaxşı məşqçisi

Köhnə versiyamızdan xəbərləri izlə