Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belarus çempionatında koronavirusa yeni yoluxma

Belarusun "Qomel" klubunun futbolçusu Ruslan Yudenkovda koronavirus aşkarlanıb. 

"Report"un "Football.by" nəşrinə istinadən məlumatına görə, 25 yaşlı müdafiəçi I Liqada "Oşmyan-BQU" komandası ilə XI tur matçında iştirak etməyib. "Qomel"in daha bir neçə oyunçusunun da xəstələndiyinə dair şübhələr mövcuddur. 

Daha əvvəl koronavirus səbəbindən Brest "Dinamo"sunun "Slutsk"la görüşü təxirə salınıb. "Qorodeya" və "Smoleviçi"də də yoluxmaların olduğu bildirilir. 

Qeyd edək ki, Belarus çempionatı pandemiya dövründə Avropada dayandırılmayan yeganə çempionat olub. 

Salman Musaoğlu,
“Xalq qəzeti”

10 2020 15:25 - İDMAN
İDMAN
29 İyul 2020 | 22:16
İlin ən yaxşı məşqçisi

Köhnə versiyamızdan xəbərləri izlə