Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahmat olimpiadasında çıxış edəcək komandamız müəyyənləşdi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) koronavirus pandemiyası səbəbindən Ümumdünya Şahmat Olimpiadasını onlayn formatda təşkil etməyə hazırlaşır. İyulun 22-də start götürəcək Olimpiadaya avqustun 30-da yekun vurulacaq.

Sportline.az xəbər verir ki, Olimpiadada ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcəklər. Federasiya tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

Divizionların tərkibləri açıqlanmayıb. Azərbaycan yığmasının 40 komandanın yer alacağı “Top-divizion”da mübarizə aparacağı gözlənilir.

Reqlamentə əsasən, qarışıq komandaların mübarizəsində hər yığmada 6 şahmatçı yer alacaq. Heyətə ən azı iki qadın şahmatçı daxil edilməlidir. Həmçinin hər komandada bir oğlan və bir qız 20 yaşadək olmalıdır. Bundan başqa, hər yığma 6 ehtiyat oyunçu və kapitan sifariş etməlidir. Olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda – Top, I, II və III divizionda mübarizə aparacaq. Ardınca pley-off baş tutacaq.

Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42 Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

10 2020 15:23 - İDMAN
İDMAN
29 İyul 2020 | 22:16
İlin ən yaxşı məşqçisi

Köhnə versiyamızdan xəbərləri izlə