Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın xüsusi şöbəsinin keçmiş rəisi vəfat edib

Uzun illər AMEA-nın Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi və “Alyans” Veteranlar Birliyinin üzvü olmuş, arxa cəbhə veteranı, polkovnik-leytenant Cabbar Bəylərov iyulun 6-da 93 yaşında vəfat edib.

AMEA-nın mətbuat xidmətinin bu barədə ölkə mediasında yaydığı məlumatda bildirilir ki, Cabbar İsa oğlu Bəylərov 1927-ci il sentyabrın 3-də Ağdam şəhərində anadan olub. O, 1945--1950-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.

Polkovnik-leytenant C.Bəylərov Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarında 37 il məsuliyyətlə, qüsursuz  çalışıb. Təhlükəsizlik orqanları sıralarında fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin qorunmasına xidmət göstərib. O, 1987-ci ilin iyun ayından 2016-cı ilin noyabrın 7-dək, 30 ilə yaxın müddətdə AMEA-da fəaliyyət göstərib. Bu illər ərzində dövlət sirrinin, eləcə də AMEA-da qapalı elmi işlərin, məxfi sənədlərin qorunmasında böyük xidmətləri olub. Peşəkar fəaliyyətinə görə dövlət təltiflərinə layiq görülüb.

C.Bəylərov “Alyans” Veteranlar Birliyinin üzvü kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edib, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynayıb.

Allah rəhmət eləsin!

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

10 2020 11:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə