Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 qrupa ayırıb

Səhiyyə Nazirliyində COVID -19 virusu ilə mübarizə ilə əlaqədar fəaliyyət göstərən İsçi qrupunun üzvü Səbinə Babazadə mediaya açıqlmasında ölkəmizdə koronavurusa yoluxmuş şəxslərin yoluxma dərəcələrinə əsasən 3 qrupa ayrıldığını bildirib: COVID-19 infeksiyasına yoluxmuş simtomsuz xəstələr; yüngül simptomlu xəstələr; ağır simptomlu xəstələr.

Səbinə Babazadə bildirib ki, simptomsuz xəstələr, adından məlum olduğu kimi, xəstələyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcıdır. Simptomsuz xəstələrin yalnız COVİD-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur.

Yüngül simptomlu xəstələrə gəldikdə isə, Səbinə Babazadənin dediyinə görə, bu xəstə, ilk növbədə, hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37,5 dərəcəyə qalxdığından sonra xəstədə baş ağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı, yüngül simptomlu xəstələrdə burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da müşahidə olunur.

Ağır simptomlu xəstələrdə isə hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və tənginəfəslik simptomları özünü kəskin göstərir 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan insanlarda yüngül simptomlar müşahidə olunsa da onlar da ağır simptomlu xəstələr kateqoriyasına aid edilir.

Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər.

Sahə həkimləri COVİD-19 virusuna yoluxmuş vətandaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir.

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

10 2020 11:39 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə