Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Medvedevlə Putinin dostluğu davam edir

Rusiya Milli Təhlükəsizlik Şurasının Baş katibinin müavini Dmitri Medvedev “Komsomolskaya pravda” qəzetinə müsahibə verib.

Rusiya KİV-i həmin yazıya istinadla xəbər verir ki, Medvedevlə Putinin dostluq münasibətləri yenə davam edir: “Bizim aramızda hələ də dostluq münasibətləri var. Baş nazir postundan getsəm də, müxtəlif formatlarda görüşürük, milli təhlükəsizlik məsələləri barədə, müəyyən mənada iqtisadi və sosial məsələləri gözdən keçiririk”.

Medvedev iqtidardakı “Vahid Rusiya” partiyası ilə bağlı da Putindən məsləhətlər aldığını söyləyib.

Xatırladaq ki, 2008-2012-ci illərdə Rusiya prezidenti olan Dmitri Medvedev 2012-2020-ci illərdə baş nazirpostunu tutub. 2020-ci ilin yanvarında onun başçılıq etdiyi hökumət istefa verib və Mixail Mişustun onun yerinə baş nazir təyinatı alıb.

R.TAHİR,
“Xalq qəzeti”

10 2020 11:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə