Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Macarıstanınlı nazir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq”

“Azərbaycan gələcəkdə Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq”. Bunu Macarıstanın Xarici işlər naziri Piter Siyarto Gürcüstanın Birinci kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı hərəkətlər çox əhəmiyyətlidir: “Mən bu təşəbbüslə bağlı dostlarımıza bir neçə təklif vermişəm. Bu təkliflərə Belarusa qarşı sanksiyaların ləğv olunmasıdır. Çünki tərəfdaşlıq və sanksiyalar bir yerdə işləmir. Biz həmçinin Azərbaycanla tərəfdaşlığın dərinləşdirilməsi üçün sazişin yekun imzalanmasının da vacibliyini bildirmişik”.

Qeyd edək ki, P.Siyarto bu günlərdə Gürcüstanda rəsmi səfərdə olub. 

Əfsanə ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

10 2020 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə