Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Midtyulland” vaxtından əvvəl Danimarka çempionu oldu

Futbol üzrə Danimarka çempionatının 32-ci turunda “Midtyulland” “Kopenhagen”i qəbul edib. “Eurosport” xəbər verir ki, matçda hesab 22-ci dəqiqədə açılıb. Qonaqların yarımmüdafiəçisi Məhəmməd Darami fərqlənib.

Oyunun 63-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu Sori Kaba penalti ilə hesabı bərabərləşdirib. "Midtyulland" tədricən təşəbbüsü ələ alıb. 79-cu dəqiqədə Sori Kaba komandasını hesabda irəli çıxarıb. Bundan 4 dəqiqə sonra - 83-cü dəqiqədə isə meydan sahiblərinin yarımmüdafiəçisi Aver Mabil oyunda son nöqtəni qoyub.

Bu qələbə sayəsində “Midtyulland” vaxtından əvvəl Danimarka çempionu titulunu qazanıb. Bu artıq komandanın ölkə çempionatında üçüncü qələbəsidir. Daha əvvəl o 2014/2015 və 2017/2018-ci illər mövsümlərində buna müvəffəq olub.  

Elçin ABBASOV,
“Xalq qəzeti”

10 2020 11:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə