Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokio olimpiadasına bilet almış azarkeşlərin pulları geri qaytarılacaq

CNN-nin məlumatına görə, Tokio Olimpiadasında yarışlara bilet almış azarkeşlər Oyunların 2021-ci ilə köçürülməsi ilə əlaqədar olaraq pulları geri ala biləcəklər.

Yaponiyanın “Kyodo” agentliyi isə qeyd edir ki, bu barədə qərar Tokio Olimpiadasının təşkilat komitəsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Olimpiada 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan yarışın 2021-ci il 23 iyul-8 avqust tarixləri arasında keçirilməsi planlaşdırılıb. Tarixin dəyişdirilməsinə baxmayaraq “Tokio-2020” adı qorunub saxlanacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

10 2020 11:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə