Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

80 milyon insan işsiz qalacaq

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) koronavirusun ikinci dalğasının dünyada işsizlik səviyyəsini 12 faizə qədər artıracağını proqnozlaşdırır. Bu barədə “France Press” xəbər verib.

Bildirilri ki, OECD-nin son hesabatında pandemiyanın iqtisadiyyata vurduğu zərərin 2008-ci il maliyyə böhranından 10 qat daha böyük olduğu qeyd olunub.

Hesabatda bildirilir ki, təşkilata üzv olan 37 ölkədə işsizlik səviyyəsi aprel ayında 8,5 faizə yüksələrək, son 10 ildə ən yüksək həddə çatıb. İlin sonunda bu rəqəmin 10 faizə çıxacağı, pandemiyanın ikinci dalğası başlayacağı təqdirdə isə 12 faiz olacağı gözlənilir.

“Business İnsider” saytının məlumatına görə, OECD-yə üzv olan ölkələrin əhalisinin ümumi sayı 666 milyondur. Bu da o deməkdir ki, 80 milyon insan işsiz qalacaq. Hesabatda ən çox gənclər və qadınların işini itirdiyi bildirilir. Bu mənzərə 1929-cu ildə baş verən “Böyük depressiya”nın yenidən qayıtması kimi dəyərləndirilir. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

10 2020 11:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə