Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə sahillərində 30-a yaxın miqrant xilas edildi

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Türkiyənin Çanaqqala vilayətinin sahillərində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.

Məlumata görə,  gəmi yanacaq çəninin yanması nəticəsində batıb. Hadisə Ayvacık rayonu sahillərində baş verib. Gəmidəki miqrantlar özlərini dənizə atıblar.

Sahil Mühafizə-Xidmətinin əməkdaşları müxtəlif ölkələrdən olan 27 qanunsuz miqrantı xilas edə bilib.

Miqrantlar sahil-mühafizə gəmisinə götürülərək Kuçukkaya şəhərinə aparılıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

10 2020 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə