Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin vətəndaşlarına qarşı sanksiya tətbiq edilib

Birləşmiş Ştatlar hökuməti Çinin keçmiş və hazırkı məmurlarına, habelə Sincan Uyğur Muxtar Bölgəsi İctimai Təhlükəsizlik Təşkilatına qarşı sanksiyalar tətbiq edib. Bu barədə “Reuters” xəbər verib.

Agentlik bildirib ki, sanksiyalar “Sincan Uyğur Muxtar Bölgəsindəki etnik azlıqlara qarşı ciddi qanun pozuntuları” ilə əlaqədar tətbiq edilib.

ABŞ hökumətinin bu barədə məlumatında deyilir: “ABŞ, Sincan və bütün dünyada insan hüquqlarını pozanları məsuliyyətə cəlb etmək üçün bütün maliyyə imkanlarından istifadə etməyə sadiqdir”.

Elçin ABBASOV,
“Xalq qəzeti”

10 2020 10:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə