Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Adam Lallana “Liverpul”dan ayrılır

“Eurosport”un yaydığı məlumata görə, İngiltərənin “Liverpul”  klubunun futbolçusu Adam Lallana cari mövsüm başa çatdıqdan sonra, komandadan ayrılacaq.

Bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp məlumat verib. Almaniyalı mütəxəssis 32 yaşlı yarımmüdafiəçi ilə başa çatacaq müqaviləni qarşılıqlı razılaşma əsasında yeniləməyəcəklərini deyib: "Adamın "Liverpul"dan ayrılacağı aydındır. O, yaxşı futbolçudur və məşqlərdə iştirakı ilə hər kəsə nümunədir. Adam peşəkardır, ona çox hörmət edirik. Mənim üçün Adam artıq “Liverpul”un əfsanəsidir və gələn mövsümdən başqa yerdə bir əfsanə ola bilər".

Qeyd edək ki, A.Lallana 2014-cü ildən "Liverpul"da oynayır.

Elçin ABBASOV,
“Xalq qəzeti”

10 2020 10:56 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə