Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Van Persi “Qızıl top”a namizədlərin adlarını açıqlayıb

İngiltərənin “Mançester Yunayted” futbol klubunun sabiq futbolçusu Robin van Persi bu il “Qızıl top”u qazanmağa namizəd hesab etdiyi futbolçuların adlarını açıqlayıb. Bu barədə “Eurosport” məlumat yayıb.

Bildirilir ki, onun siyahısında nə Lionel Messi (“Barselona”), nə də Kriştiano Ronaldo (“Yuventus”) yer alıb. Niderlandlı futbolçu “Qızıl top”a Robert Levandovski (“Bavariya”), Kevin de Brüyne (“Mançester Siti”) və Sadio Maneni (“Liverpul”) layiq hesab etdiyini açıqlayıb.

Qeyd edək ki, sözügedən mükafatın son qalibi Lilonel Messidir.

Elçin ABBASOV,
“Xalq qəzeti”

10 2020 10:54 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə