Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şimali Koreya ilə bağlı yeni iddia

Şimali Koreya Xalq Demokratik Respubliksaı (KXDR) yeni müəssisələrində nüvə başlıqları istehsal edir. Bu barədə Cənubi Koreya Respublikasıının “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Mənbə qeyd ki, Middlburi Beynəlxalq Tədqiqat İnstitutunun mütəxəssisləri peyk görüntülərinə əsasən Pxenyan yaxınlığındakı Vollo-ri qəsəbəsində nüvə başlığı istehsal edən müəssisələr aşkarlayıblar. Mütəxəssis Cefri Levis Pxenyan rəhbərliyi tərəfindən tikilən yeni müəssisələrdə təhlükəsizliyin güclü şəkildə təmin olunduğunu bildirib.

Məlumatda deyilir: “Bu müəssisələrdə yeraltı bunkerlər də mövcuddur. Buraya çoxlu avtomobil giriş-çıxış edir, daşınmalar konteynerlər vasitəsilə aparılır, ən əsası da nüvə başlığı istehsal olunur. Biz bununla bağlı uzun müddətdir araşdırma aparırıq və bu yerlərin Şimali Koreyanın nüvə proqramının bir hissəsi olduğu dəqiqdir”.

Qeyd edək ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi adı çəkilən müəssisələrlə bağlı məlumat vermək istəməyib.

E.ABBASOV,
“Xalq qəzeti”

10 2020 10:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə