Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Husilərin iki gəmisi vuruldu

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə Husi qruplaşmasına aid 2 gəmini vurub. BBC-nin məlumatına görə, bunu koalisiya qüvvələrinin sözçüsü Turki əl-Maliki deyib.

O deyib: “Husi qruplaşmasına aid içərisində uzaqdan idarə edilən partlayıcı olan iki gəmi Salif limanı yaxınlığında məhv edilib. Gəmilər Qırmızı dənizin cənubu ilə Babülməndəb boğazı yaxınlığında terror əməliyyatlarında istifadə edilmək üçün hazırlanıb”.

Qeyd edək ki, husilər tərəfindən məsələ ilə bağlı açıqlama verilməyib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

10 2020 10:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə