Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Virusa yoluxan həkim Birinci vitse-prezidentin nəzarətindədir

Əziz dostlar, COVID-19 virusuna yoluxmuş və vəziyyəti ağırlaşan dəyərli həkimimiz – ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri, özü virusa yoluxan yüzlərlə xəstəni xilas etmiş Cavid Paşayevin səhhətindən narahat olan, sosial şəbəkələrdə paylaşımlar edən bütün vətəndaşlarımıza məlumat vermək istəyirəm ki, həkimin vəziyyəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. – Bunu  Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva feysbuk səhifəsində yazıb. Q.Paşayeva daha sonar yazıb:

– Bir qədər öncə, cənab Prezidentin köməkçisi Anar Ələkbərovla danışdıq. Anar müəllim Cavid Paşayevi müalicə edən həkimlərlə tez-tez şəxsən əlaqə saxladığını bildirdi və Cavid bəyin sağalması istiqamətində bütün addımların atıldığını dedi. Hörmətli Anar müəllim fədakar həkimimizin müalicəsinin dəyərli Mebriban xanımın şəxsi nəzarətində olduğunu da bildirdi.

Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk. İnşallah, dövlət rəhbərliyinin şəxsi diqqət və qayğısı ilə, öz həkim həmkarlarının fədakarlıqları sayəsində və əlbəttə, onun üçün narahatlıq keçirən hər kəsin duaları ilə, dəyərli Cavid həkimin sağalması ən böyük diləklərimizdən biridir.

Bir daha bildirmək istərdim ki, Cavid həkimin yüksək səviyyədə - intensiv müalicəsi və tezliklə sağalması üçün nə mümkünsə edilir. Fürsətdən istifadə edib, yenə vətəndaşlarımıza müraciət edir, özlərini, doğmalarını qorumağa çağırıram. Sizlərin sadə tələblərə əməl etməyiniz (maska taxmaq, məsafə saxlamaq, sanitar-gigiyenik qaydaları gözləmək) özünüzün, ailənizin ümumən xalqımızın, dəyərli həkimlərimizin daha çox qorunmasına xidmət deməkdir.

Təqdim etdi:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 2020 10:32 -

Köhnə versiyamızdan xəbərləri izlə