Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti dövlət büdcəsi hesabına informasiya texnologiyaları avadanlıqlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender. gov.az/ vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağı­dakı meyarlara üstünlük veriləcəkdir:

- sistem əhəmiyyətli mallar üzrə zəmanət müddəti, iddiaçı şirkətin analoji işlər üzrə təcrübəsi və iddiaçının tender təklifi.

Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara sahib olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşa­ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini dövlət satınalmalarının vahid in­ternet portalı vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 350 manatdır.

H/h- AZ53Aİ­İB33010019444805754148

VÖEN- 4700664781

Bank- “Kapital Bank”ASC-nin Qusar filialı

Kod- 200480

VÖEN- 9900003611

M/h- AZ37NABZ 01350100000000001944

S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıda­kı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi, zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 27-ci səhifəsində);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 33-cü səhifəsində);

-təminatın qüvvədə olma müddəti ten­der təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının maddi-texniki bazası (nümunə kimi hazırkı əsas şərtlər toplusu­nun 37-ci səhifəsində).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İd­diaçılar tenderlə bağlı sualları dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 29 iyul 2020-ci il saat 16.00 -a və tender təklifi ilə bank təminatı sənədlərini isə 11 avqust 2020-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 12 avqust 2020-ci il saat 16.01 -də açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsi ilə tanış ola bilərlər.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur­lar yalnız elektron qaydada dövlət satınal­malarının vahid internet portalı vasitəsilə aparılır.

10 2020 03:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 İyul 2020 | 00:00
MƏTANƏT A
31 İyul 2020 | 00:00
KAPİTAL BANK
31 İyul 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə