Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallıda Müəllim Günü qeyd edilib

Masallıda  Müəllim Günü qeyd edilib

5 oktyabr 2018-ci ildə Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirdə, iştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov  veteran müəllim Xanhüseyn Musayevin gənclərə nümunə olduğunu bildirib, müəllim adının ucalığından danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət İsaq oğlu Zeynalovu və bütün müəllimləri əlamətdar gün münasibətilə təbrik edib.

Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, onların uğurlarından söz açıb. Masallı müəllimlərinin  rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakını qeyd edib.

Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbininə yüksək balla qəbul olunmuş gənc müəllim Şəhla Abgözəlova, Kolatan kəndindən veteran müəllim Xanhüseyn Musayev, Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynova, Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov həmkarlarına ən xoş arzularını çatdırıb, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda qabaqcıl və işgüzar müəllimlərin bir qrupuna Masallı Rayon İcra Hakimiyyəti Başçısının, təhsil şöbəsinin, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının və "Masallı ziyalıları" İctimai Birliyinin Fəxri fərmanları və qiymətli hədiyyələri verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Oktyabr 2018 12:10 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin