Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda yol infrastrukturu yenilənir

Regional inkişaf dövlət proqramlarında ölkənin yol infrastrukturunun yenidən qurulmasına geniş yer verilib. Ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da bu sahədə ardıcıl işlər görülür. Son illər burada 7 iri yol layihəsi həyata keçirilib. Rayon­da ümumi uzunluğu 200 kilometrədək olan şəhərdaxili küçələr, magistral və kəndlərarası yollar yenilənib.

Koronavirus pandemiya­sının yaratdığı çətinliklərə baxmayaraq, bu ilin bi­rinci yarısında Lənkəran və Liman şəhərlərində 8 küçəyə asfalt döşənib. Rayonun ən böyük yaşa­yış məntəqələrindən olan Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən, yararsız vəziyyətə düşdüyündən sakinlərin narahatlığına səbəb olan yol ağır tex­nikalar vasitəsilə hamar­lanıb, bünövrəsi çınqılla möhkəmləndirilərək yenidən qurulub. Burada 3200 kvadratmetr yol sahəsinə isti asfalt döşənib, yol çiyinləri yenidən qurulub, suötürücü qurğular quraşdırılıb və yol boyu abadlıq işləri görülüb.

Qəsəbənin Ələt–Astara– İran İslam Respublikası magistral avtomobil yoluna bitişik ərazidə yerləşməsi və burada yeni istifadəyə verilmiş beynəlxalq əhəmiyyətli İstisu Müalicə və İstirahət Mərkəzinin fəaliyyət göstərməsi turizmin inkişafı üçün geniş imkanlar açır. Qəsəbəətrafı yolların asfaltlanması bu imkanları daha da genişləndirəcək.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

10 2020 03:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə