Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Balansını artır, “Azercell”dən qazan

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil ope­ratoru “Azercell Telekom” MMC “Umico” ilə əməkdaşlığı çərçivəsində müştərilərini yeni kampaniya ilə sevindirir. Mobil operator iyul ayının 15-nə kimi balanslarını on­layn ödəmə (kredit və ya debet kartları ilə) və ya xüsu­si ödəniş terminalları vasitəsilə artıran fakturasız xətt abunəçilərinə 1,4 faiz civarında keşbək hədiyyə edir.

Kampaniyadan faydalanmaq çox asandır: Android və IOS əməliyyat sistemlərini dəstəkləyən “Umico” mobil tətbiqini AppStore və ya PlayStore-dan yüklədikdən sonra müvafiq “Azercell” nömrəsi ilə qeydiyyatdan keçərək hər balans artırılmasından sonra 3131 qısa nömrəsindən daxil olan SMS-ə 24 saat ərzində təsdiq cavabı vermək kifayətdir.

Xatırladaq ki, “Azer­cell” müştəriləri Umico-dan istifadə edərək çoxsaylı üstünlüklərdən yararlana bilərlər. Həm fakturasız, həm də fakturalı xətt istifadəçiləri tətbiqdə “Daha çox – Onlayn Xidmətlər” bölümündən istifadə edərək, topladıqları bonusları öz və ya digər “Azercell” abunəçisinin balansına yükləmək imkanına malikdirlər.

“Xalq qəzeti”

10 2020 03:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə