Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərbaycan Hava Yolları" Berlinə xüsusi reyslər həyata keçirəcək

İyulun 17-dən etibarən AZAL Bakı-Berlin- Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə – cümə günləri həyata keçiriləcək.

Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq.

Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublika­sında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ekonom sinif üzrə avia­bilet alışı zamanı 30 faiz həcmində güzəştdən yararla­na biləcəklər. Güzəştli avia­biletin rəsmiləşdirilməsi pro­seduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış olmaq mümkündür: https://youtu.be/ HylsY0m9cEM

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı aşağıda qeyd olunub:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

Uçuşdan 48 saat əvvəl alınmış arayış mövcud olduğu və Almaniyanın tələblərinə uyğun gəldiyi halda (https://www.rki.de/ DE/Content/InfAZ/N/Neuarti­ges_Coronavirus/Transport/ BMG_Merkblatt_Reisende_ Tab.html) və ya sərnişin uçub gəldiyi zaman laboratoriyaya müraciət edərək neqativ test əldə etdiyi təqdirdə ondan ikihəftəlik özünütəcrid rejiminə riayət etmək tələb olunmayacaq.

Almaniyada və Avropa İttifaqının digər üzv ölkələrində olan sərnişinlər COVID-19 virusuna dair testdən həmin ölkələrdə müvafiq qaydada akkreditə olunmuş və sözügedən testi etmək səlahiyyətində olan tibb müəssisələrindən birində keçməlidirlər. Alma­niyada mövcud olan belə tibb müəssisələri barədə məlumat aşağıdakı internet səhifəsindən (https://www. meinbdl.de/coronavirus), digər Aİ ölkələri ilə bağlı müvafiq məlumat isə həmin ölkələrin rəsmi qurumlarının internet səhifələrindən əldə edilə bilər.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, COVID-19 pan­demiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolla­rı" tərəfindən videotəlimat hazırlanmışdır: https://youtu. be/-s-0s4o1L2M

“Xalq qəzeti”

10 2020 03:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə