Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirusa daha 548 nəfər yoluxub, 491 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 548 yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olu­naraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 22 min 464 nəfərin koronavi­rus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib. Aktiv xəstə sayı 8589 nəfərdir.

Ötən müddət ərzində 544 min 735 test aparılıb. Bugünkü test sayı isə 7505-dir.

“Xalq qəzeti”

10 2020 03:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə