Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mahatma Qandinin anadan olmasının 150 illiyinə həsr edilmiş xatirə mərasimi

Mahatma Qandinin anadan olmasının 150 illiyinə həsr edilmiş  xatirə mərasimi

Hindistan Respublikasının Azərbaycandakı səfirliyi Rəşid Behbudov adına Azərbycan Dövət Mahnı Teatrında Hindistanın azadlıq hərəkatının lideri, sülhün və qeyri-zorakılığın müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü münasibətilə  xatirə tədbiri təşkil etmişdir.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana giriş sözü ilə çıxış edərək Hindistanın milli azadlıq hərəkatının liderlərindən biri olmuş Mahatma Qandinin həyat və fəaliyyəti, onun prinsipləri, ideyaları, dünyada görmək istədikləri dəyişikliklər, gerçəkliyə, zorakılığa, pisliyə, vətəndaşların haqq və azadlıqlarına qarşı mübarzəsindən danışmışdır.

Mahatma Qandi haqqında  qısa film nümayiş etdirilmişdir.

Dünyanın müxtəlif ölkələrində, müxtəlif millətlər tərəfindən ifa olunmuş “Vaishnav Jan To” hind mahnısı səslənmişdir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, Ömər Eldarov Mahatma Qandi heykəlinin müəllifi kimi siyasi və ruhani liderin azadlıq mübarzəsinə  həsr etdiyi əsəri barədə söz açmışdır.

BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Milli Məclisin deputatları Jalə Əliyeva, Qənirə Paşayeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nümayəndəsi Şəhla Qurbanova, Əməkdar rəssam Azadə Abdullayeva çıxış edərək Mahatma Qandinin Hindistanda milli azadlıq hərəkatına rəhbərliyi, Hind xalqının vətəndaşlıq haqları uğrunda sülhsevər mübarizəsi, yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrıseçkiliyinə son qoyulması, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi, Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində  apardığı təbliğatın  həyata keçirilməsindən danışmışlar.

Hindli qadınlar qrupunun çıxışı, hind mahnılarının tanınmış ifaçısı Tofiq Əliyevin məşhur ”Vaishnav Jan To” mahnısını yüksək tərzdə oxuması hərarətli alqışlarla qaşılanmışdır.

Mahatma Qandi haqqında çıxış edən natiqlərə və ifaçılara Hindistan Səflrliyi təfəfindən  Mükafatlar və Sertifikatlar təqdim olunmuşdur.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti” 

6 Oktyabr 2018 11:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə