Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxıda evsiz vətəndaşlar yeni mənzillərlə təmin olunublar

Şamaxıda istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan ikimərtəbəli yaşayış binasının söküntüsünə başlanılıb. Həmin binanın zirzəmisində çətin şəraitdə yaşayan altı ailə binanın digər sakinləri kimi artıq yeni binada yaşayacaq.

Şamaxıda Azərbaycan küçəsində yerləşən yaşayış binası 1960-cı ildə inşa olunub. Bina istifadə müddətini başa vurdu­ğundan yaşayış üçün yararsız hesab olunub. İki mərtəbədən ibarət binanın zirzəmisində məskunlaşan altı ailə 30 ildən çoxdur ki, burada yaşayırdı.

Ailələr Prezident İlham Əliyevin Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında müvafiq sərəncamı ilə inşa edilən 51 mənzilli ictimai yaşayış binasına köçürülüblər.

Yeni binada təmirli mənzillərlə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu çətin günlərdə onlara yaratdığı şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

AZƏRTAC

10 2020 02:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə