Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə Azərbaycanın təklifini dəstəkləyib

Rusiya BMT-nin Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə Azərbaycanın təklifini dəstəkləyib. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada növbəti brifinqdə elan edib. O deyib: “Qoşulmama Hərəkatının və bu Hərəkatın sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə qərar qəbul edilib.

Rusiya MDB üzrə öz tərəfdaşının bu təklifini dəstəkləyib. Biz əminik ki, xüsusi sessiya konstruktiv ruhda keçiriləcək və substantiv qərarlar qəbul edilməsi ilə başa çatacaq. Bu baxımdan maraqlı dis­kussiya gözləyirik. Nyu-Yorkda mürəkkəb epidemioloji vəziyyətin qaldığı şəraitdə xüsusi sessiyanın distant formatda keçirilməsi planlaşdırılır. Hazırda müvafiq prosedurlar razılaşdırılmaqdadır”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə pan­demiyaya qarşı mübarizənin müzakirə edilməsi məqsədilə BMT-nin Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası­nın keçirilməsi barədə təkliflə çıxış edib. BMT üzvü olan 130-dan artıq dövlət bu təşəbbüsü dəstəkləyib.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

10 2020 02:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə