Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səyyar ASAN xidmət davam edir

6 oktyabr 2018-ci il tarixindən etibarən Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 6 oktyabr – 3 noyabr Tovuzda, 6 -20 oktyabr Ağdam,Cəlilabadda, 6-25 oktyabr Hacıqabul rayonlarında səyyar formada xidmətlər həyata keçiriləcək. Xüsusi tərtibatla hazırlanmış səyyar avtobuslar vasitəsi ilə  abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. 

İstehlakçılar bu layihə çərçivəsində müqavilələrin bağlanması, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi,  zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Oktyabr 2018 11:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə