Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Toxumculuq təsərrüfatlarında toxum istehsalcıları ilə görüş keçirilib

Kənd  Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum nəzarəti üzrə Dövlət Xidmətinin rəisi  İmran Cümşüdov  Qəbələ, Ogüz,  Şəki, Qax, Zaqatala, Agdaş, Ğöyçay rayonlarında toxumculuq təsərrüfatlarında olub və toxum istehsalcıları ilə görüşüb.            

İmran Cümşüdov toxumculuq  təsərrüfatlarında  istehsal olunmuş toxumun anbarda saxlanılmasına, təmizliyinə, qablaşdırılmasına və etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya catdırılmasına baxış kecirib. Görüşdə İmran Cümşüdov taxilçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib.

Xidmət rəisi bildirib ki, bəzi toxumçuluq təsərrüfatları  toxumların mövcuq qaydalara uygun təmizlənməsinə, kondisiyaya catdırılmasına tam  əməl etmirlər və bu da  son  nəticədə istehsalçı fermerlərin yüksək və keyfiyyətli məhsul əldə etməsinə mənfi təsir göstərir.  Səfər cərcivəsində Göyçay Sort-sınaq məntəqəsində aparılan müxtəlif bitkilərin sort–sınaq işlərinin nəticələri müzakirə olunub, mövcud catışmazlıqların qısa vaxtda aradan qaldırılması ücün tapşırıqlar verilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Oktyabr 2018 10:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə