Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rüfət Dadaşovun komandasında koronavirus şoku

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun forma geyindiyi ABŞ-ın "Finiks Rayzinq" komandasının daha 3 üzvü koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə klubun baş direktoru Bobbi Dall yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, 3 oyunçudan 2-si xəstəliyi simptomsuz keçirir. Digərində isə yüngül əlamətlər müşahidə olunur.

Test nəticəsi müsbət çıxmış futbolçular məşqlərdən 10 günlük kənarlaşdırılıb və şənbə günü "Los Anceles Qelaksi II"yə qarşı oynamayacaqlar.

B.Dall koronavirus aşkarlanan futbolçuların adlarını açıqlamayıb.

"Finiks Rizinq" məşqləri bərpa etdikdən sonra ümumilikdə 8 futbolçuda koronavirus aşkarlanıb. Onlardan 5-i tam sağalaraq komandaya qoşulublar. Digər 3 oyunçunun müalicəsi isə davam edir.

Qeyd edək ki, Rüfət Dadaşov USL müntəzəm çempionatının I turunda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib. Hücumçu "Finiks Riyzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Münster" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

9 2020 10:44 -

Köhnə versiyamızdan xəbərləri izlə