Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aya Sofyanın muzey statusu ləğv edildi

Türkiyəli jurnalist Mehmet Ardıc Türkiyə Cümhuriyyəti hökumətinin 27 noyabr 1934-cü il tarixli Aya Sofya məbədinə muzey statusunun verilməsi haqqında qərarının ləğv edildiyini açıqlayıb.

"Yeniakit" qəzetinin jurnalisti "Twitter"də xəbər verib ki, tarixi qərar Türkiyənin Dövlət Hüquq Şurası tərəfindən təsdiqlənib.

Jurnalist əlavə edib ki, Dövlət Hüquq Şurası məsələyə birdəfəlik nöqtə qoyub.

Qeyd edək ki, Türkiyədə Aya Sofya məbədinin yenidən məscid kimi istifadə olunması barədə fəal müzakirələr gedirdi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2020 10:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə