Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftlə çirklənmiş torpaqların bərpası məqsədi ilə müzakirələr aparılıb

Neftlə çirklənmiş torpaqların bərpası məqsədi ilə müzakirələr aparılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya idarəsinin rəisi Azər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) olub.

www.science.gov.az saytı yazır ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşdə Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların həm sənaye, həm də kənd təsərrüfatında istifadəsi üçün rekultivasiyası, eləcə də münbitliyi bərpa etmək məsələləri müzakirə olunub.

Görüşdə AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya rəhbəri, professor Nəriman İsmayılov, Coğrafiya İnstitutunun aparıcı baş elmi işçisi, a.e.ü.f.d, dosent Qəşəm Yaqubov, TAİ-nin Torpaqların rekultivasiyası laboratoriyasının rəhbəri, a.e.ü.f.d, dosent Fərhad Sadıqov, SOCAR-ın Texniki istehsalat şöbəsinin rəisi Rüstəm Rüstəmzadə, Ekologiya idarəsinin baş mühəndisi Yaqub Ağasıyev və digərləri çıxış edərək mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda iki qurum arasında gələcəkdə görüləcək işlər barədə müqavilənin bağlanması qərarlaşdırılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"

6 Oktyabr 2018 10:43 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin