Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarışqalar bəd xəstəliyin dərmanı ola bilər

Moskva Dövlət Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində qara qarışqaların bağırsaqlarında xərçəng xəstəliyinə qarşı təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edilib. 

Bu barədə Rusiya mətbuatında yayılmış mılumatda bildirilir ki, araşdırmalar həmin bakteriyaların xərçəngə qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaratdığını göstərir.

Nibomitsin ilk dəfə 1955-ci ildə aşkar olunsa da, bu təbii antibiotikin xüsusiyyətləri zəif öyrənilib. Bununla belə, bir sıra müşahidələr nəticəsində həmin maddənin ağciyərdə yeni yaranan xərçəng şişlərinin qarşısını aldığı məlum olub.

R.TAHİR,
“Xalq qəzeti”

9 2020 10:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə