Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 243 Bakı şəhəri, 7 iyul 2020-ci il 
 
Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Elektron alış aktı”nın forması təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilsin 
(2 nömrəli əlavə).
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında elektron alış aktının təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti elektron alış aktının tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görsün.
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin  2020-ci  il  7  iyul

tarixli 243 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

 

Elektron alış aktı

 

 

                                     Seriyası __________ nömrəsi ___________

 

                           Tarix       “______” _____________  __________ il

 

Növü: Cari/düzəliş/ləğv    Düzəliş edilmiş elektron alış aktının xarakteri: əməliyyatın                    

                                                  qismən ləğvi/  ilkin uçot sənədləri üzrə səhv

                                                  Ləğvin xarakteri: əməliyyatın tam ləğv edilməsi/ eyni

                                                  əməliyyat üzrə elekton alış aktının təkrar tərtib edilməsi

 

Kimdən __________________________________________________________

(satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin  

seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi)

 Kimə ____________________________________________________________

(vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN)

 

 Kağız daşıyıcıda tərtib edilən alış aktının _________________________________

                                                                        (seriyası, nömrəsi və  tarixi)

 

 

 Sıra №-si

Malın

Sair qeydlər

 adı

ölçü vahidi

miqdarı

vahidinin qiy-məti (manatla)

məbləği (manatla)

1

2

3

4

5

6

7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 YEKUN

 

 

 

 

 

_________________________________________________ manat ________ qəpik.

                           (rəqəm və yazı ilə)

 

Məbləğində malları _____________ ünvanında (malların təqdim edildiyi yer)

 

təhvil verdim _____________________________            _________________

                               (soyadı, adı, atasının adı)                            (imza və tarix)

təhvil aldım _______________________________           _________________

                         (vəzifəsi, soyadı, adı, atasının adı)                   (imza və tarix)

   

 

               
 

Qeydlər:  1. “Təhvil verdim” və “Təhvil aldım” bölmələri yalnız çap                      

                   edilən zaman doldurulur.

                2. Kağız daşıyıcıda olan alış aktının seriyası və nömrəsi

                    təkrar daxil edildikdə, sistem tərəfindən qəbul edilmir. 

 

 

 

 

__________________

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin  2020-ci  il  7  iyul

tarixli 243 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəl-ləsinin 71-2.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron alış aktının tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir.

1.2. Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir.

1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir.

 

2. Elektron alış aktının tərtib edilməsi

 

2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.

2.2. Elektron alış aktında aşağıdakı məlumatlar əks etdirilir:

2.2.1. elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi;

2.2.2. elektron alış aktının növü (cari/düzəliş/ləğv);

2.2.3. satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;

2.2.4. vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);

2.2.5. kağız daşıyıcıda tərtib edilmiş alış aktının seriyası, nömrəsi və tarixi;

2.2.6. sıra nömrəsi;

2.2.7. malın adı;

2.2.8. malın ölçü vahidi;

2.2.9. malın miqdarı;

2.2.10. malın vahidinin qiyməti (manatla);

2.2.11. malın məbləği (manatla);

2.2.12. sair qeydlər;

2.2.13. yekun məbləğ (rəqəm və yazı ilə);

2.2.14. malın təqdim edildiyi ünvan.

2.3. Elektron alış aktı aşağıdakı qaydada doldurulur:

2.3.1. “Növü” rekvizitində - elektron alış aktının növü kimi cari, düzəliş və ya ləğv olması;

2.3.2. “Kimdən” sətrində - satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;

2.3.3. “Kimə” sətrində - vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);

2.3.4. “Kağız daşıyıcıda tərtib edilən alış aktının” sətrində - kağız daşıyıcıda tərtib edilən alış aktının seriyası, nömrəsi və tarixi;

2.3.5. “Sıra nömrəsi” sütununda - alınmış malların adlarının ardıcıl nömrələri;

2.3.6. “Malın adı” sütununda - malın adı;

2.3.7. “Ölçü vahidi” sütununda - malın ölçü vahidi;

2.3.8. “Miqdarı” sütununda - malın miqdarı;

2.3.9. “Malın vahidinin qiyməti (manatla)” sütununda - malın müəyyən olunmuş ölçü vahidinin qiyməti;

2.3.10. “Məbləği (manatla)” sütununda - malın ümumi dəyəri;

2.3.11. “Sair qeydlər” sütununda - malla bağlı sair qeydlər;

2.3.12. “Yekun” sətrində - “Məbləği (manatla)” sütunundakı məbləğlərin cəmi;

2.3.13. “Ünvanda” sətrində - malların təqdim edildiyi yerin ünvanı;

2.3.14. “Təhvil verdim” sətrində - təhvilverən şəxsin soyadı, adı və atasının adı, imza və tarix;

2.3.15. “Təhvil aldım” sətrində - təhvilalan şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, imza və tarix qeyd olunur.

2.4. Elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi proqram tərəfindən avtomatik generasiya olunur.

2.5. Elektron alış aktında məbləğ Azərbaycan Respublikasının pul vahidi - manatla göstərilir.

2.6. Elektron alış aktının hazırlanaraq qeydə alındığı tarix həmin elektron alış aktının verilməsi tarixi sayılır.

2.7. Elektron alış aktının bütün xanalarının doldurulması zəruridir, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir.

2.8. Düzəliş elektron alış aktı tərtib edildiyi halda, elektron alış aktının “Növü” rekvizitində “Düzəliş” qeydi seçilməklə, düzəliş edilən elektron alış aktının seriyası, nömrəsi və düzəlişin səbəbi “Sair qeydlər” rekvizitində göstərilir.

2.9. Elektron alış aktı tərtib edilən zaman alınmış malların dəqiq adı qeyd edilmədən ümumiləşdirilmiş adlardan istifadə edilməsinə (məsələn, “mallar”, “tikinti materialları” və digər bu kimi adlar) yol verilmir.

 

3. Elektron alış aktının tətbiqi və istifadəsi

 

3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir.

3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır.

3.4. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvil-qəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır.

3.5. Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir.

3.6. Əməliyyatın qismən ləğv edilməsi, o cümlədən malların qismən geri qaytarılması halında elektron alış aktının “Xarakteri” rekvizitində “əməliyyatın qismən ləğvi” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara (kağız daşıyıcıda tərtib edilmiş və vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanmış alış aktına) uyğun olmadığı halda elektron alış aktının “Xarakteri” rekvizitində “ilkin uçot sənədləri üzrə səhv” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir.

3.7. Ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı çap edilərək, vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən         5 (beş) gün müddətində imzalanır və vergi ödəyicisində saxlanılır.

 

4. Elektron alış aktının uçotunun aparılması

 

4.1. Elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi - AVİS vasitəsilə həyata keçirilir.

4.2. Elektron alış aktının seriyası və nömrəsi AVİS vasitəsilə verilir. Elektron alış aktının eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. 

 

 

__________________

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə