Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər bir mətbuat işçisinin ürəyində dövlət başçısına təşəkkür borcu var

Bu ay Azərbaycan ictimaiyyəti milli mətbuatımızın 145 illik yubileyini qeyd edir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam media cameəsi tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanıb. Təsəvvür etmək çətin deyil ki, artıq hər bir mətbuat işçisinin ürəyində dövlət başçısına bir təşəkkür borcu var. Biz, Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri də, mətbuatımızın inkişafı üçün göstərdiyi əvəzsiz diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlamağı özümüzə borc bildik.

Məktubda qeyd etdik ki, Parlament Jurnalistləri Birliyi Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamını dövlət başçımızın mətbuatımızın tarixi missiyasına, mediamızın müasir cəmiyyətdəki roluna və gələcəyinə verdiyi dəyərin növbəti nümunəsi kimi qiymətləndiririk. Dünyanın, eləcə də ölkəmizin ­COVIID-19-la mübarizə apardığı indiki çətin zamanda Prezidentin belə bir sərəncam imzalaması media ictimaiyyətində öz peşəsinə bağlılığı və sabaha inamı daha da artırır. Bu, bir daha göstərir ki, bütövlükdə dövlətimiz və şəxsən Prezident İlham Əliyev daim jurnalistlərin yanındadır, Azərbaycanda söz azadlığı və media qurumlarının inkişafı prioritet məsələdir.
Biz, media işçiləri, etiraf etməliyik ki, cənab Prezidentin rəhbərliyi ilə indiyədək ölkəmizdə medianın inkişafı istiqamətində çox ciddi addımlar atılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən vəsait ayrılması, mətbuatın inkişafında xidməti olan həmkarlarımızın mükafatlandırılması kimi addımlar bu qəbildəndir.
Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanmış sərəncamda da müvafiq qurumların, o cümlədən jurnalist təşkilatlarının qarşısında konkret vəzifələr qoyulur ki, mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflər versinlər. Biz bu etimadı, jurnalist təşkilatlarının cəmiyyət həyatındakı rolunun artırılmasına dövlət başçısı tərəfindən verilən təkan kimi qiymətləndiririk.
Eyni zamanda, hörmətli Prezidentimizi əmin etmək istəyirik ki, Azərbaycan dövlətinin inkişafı və torpaqlarımızın azadlığı yolunda apardığı yorulmaz mübarizədə, Azərbaycan həqiqətlərinin, haqlı mövqeyimizin dünyaya çatdırılmasında digər nüfuzlu media təşkilatları kimi həmişə dövlətimizin yanındayıq!
Bundan əlavə, qeyd etməliyəm ki, milli mətbuatımızın yaranmasının 145 illiyi ilə bağlı birliyimizin keçirdiyi silsilə tədbirlər çərçivəsində “Media könüllüləri -145” layihəsinin icrasına başlamışıq. Layihə Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi çərçivəsində həyata keçirilir. “Media könüllüləri -145”ə artıq Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin I, II və III kurs tələbələrindən ibarət 145 könüllünün adı daxil edilib. Məqsəd xüsusi fəallığı ilə fərqlənən iştirakçılara jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı qazandırmaqdır. Azərbaycan jurnalistlərinin beynəlxalq aləmdə təmsil olunması dövlət başçısının media qarşısında qoyduğu başlıca vəzifələrdən biridir. Bu gün Azərbaycanın maraq və mənafelərinin müdafiəsi, beynəlxalq mövqelərimizin güclənməsi, ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı haqq səsimizin dünyaya çatdırılması üçün xaricdə fəaliyyət göstərəcək azərbaycanlı jurnalistlərə böyük zərurət var. PJB gələcək jurnalistlərin məhz bu istiqamətdə formalaşması üçün belə bir layihəyə start verib. Biz təmsil olunduğumuz Qlobal Jurnalistlər Şurasının imkanlarından da istifadə edərək media könüllülərinə xaricdə təcrübə qazanmaq imkanı yaratmağa çalışacağıq. 
Könüllülər həm PJB-nin, həm Bakı Dövlət Universitetinin, həm də Qlobal Jurnalistlər Şurasının sertifikatlarını alacaqlar. Xüsusi fərqlənənlərə daha geniş imkanlar açılacaq. Biz də milli mətbuatımızın inkişafına bu şəkildə töhfə vermək niyyətindəyik. 

 

Elşad EYVAZLI, 
Parlament Jurnalistləri Birliyinin sədri, Qlobal Jurnalistlər Şurasının sədr müavini

 

8 2020 21:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə