Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pirşağı qəsəbəsinin bütün küçələri təmir ediləcək

Azərbaycan Prezidentinin tapşırıq və sərəncamlarına əsasən vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 2019-cu ildə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin bütün küçə və yolları təmir edildi.  Hazırda isə rayonun Pirşağı qəsəbəsində anoloji işlərin icrasına start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilib. Bu çərçivədə 375 min kvadratmetr sahədə, ümumi uzunluğu 73.8 km təşkil edən 124 adda küçə və yol təmir edilib.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 7 mindən artıq əhalisi olan rayonun Pirşağı qəsəbəsi üzrə asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan bütün küçə və yolların təmir edilməsi işlərinə start verilib. Ümumilikdə bu işlərin sözügedən qəsəbənin 92.7 km uzunluğa malik 93 adda küçə və yolunda aparılması nəzərdə tutulur. Təmir işləri aparılacaq sahə torpaq əsaslı olmaqla 600 min kvadratmetrdən çoxdur.
Aparılan təmir işləri zamanı artıq qəsəbə üzrə 4 ünvanda təmir işləri aparılaraq yekunlaşdırılıb. Bu Bakıxanov və İ.Şıxlı küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdir. Təmir olunan küçələrin ümumi uzunluğu 5.9 km, sahəsi 33 min kvadratmetrdir. Hazırda isə Pirşağı qəsəbəsinin 2.5 km uzunluğa malik Elbəy Rzaquliyev küçəsi təmir edilir.
Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun  aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.

 

Samirə Əliyeva, 
“Xalq qəzeti”

8 2020 21:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə