Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“SOCAR Polymer” polipropilen növünün istehsalını genişləndirir

“SOCAR Polymer” MMC xüsusi növ parçaların hazırlanmasında istifadə olunan polipropilen növünün istehsalını genişləndirir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC tərəfindən tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammalın istehsalına başlanıb. Bu ilin mayında istehsal 600 tondan çox olub və avqust ayınadək 1500-2000 ton məhsul istehsalı planlaşdırılır.
Qeyd edək ki, bu xammaldan qoruyucu maskaların, birdəfəlik tibbi geyimlərin, uşaq bezlərinin, mebel və tikinti təyinatlı parçaların və sair istehsalında istifadə edilir.

8 2020 20:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə