Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhər və Qala Qoruqlarının ərazilərində abadlaşdırma və yaşıllaşdırma işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün tender təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. 
Tenderdə iştirak etmək istəyənlər  150 manat məbləğdə iştirak haqqını  portaldan “asan ödəniş” xidməti  vasitəsilə ödəyib Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə  bilərlər. 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin  1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
Hüquqi sənədlər:
-iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və  bank rekvizitləri; 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə  aid vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-malgöndərənin (podratçının) ixtisas göstərcilərinə aid məlumat;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İxtisas göstəriciləri:
- bu sahədə  anoloji xidmətlərin göstərilməsində təcrübəsi olması haqqında müvafiq sənədlər;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı barədə məlumatları əks etdirən sənəd;
- icra müddəti – 40 gün (iştirakçı  şirkət bütün məhsulların sifarişçiyə çatdırılmasını və tələb olunan işlərin görülməsini müqavilə imzalandıqdan sonra ən geci 40 (qırx) təqvim günü ərzində icra etməlidir);
- sifarişlərin icrası  gecikdirildiyi halda sifariş məbləğinin 0.5 faizi  həcmində hər gün üçün cərimə tətbiq ediləcək.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 30 iyul 2020-ci il saat 17.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 11 avqust 2020-ci il saat 17.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 12 avqust 2020-ci il saat 17.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. 

 

Tender komissiyası

9 2020 00:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 İyul 2020 | 00:00
MƏTANƏT A
31 İyul 2020 | 00:00
KAPİTAL BANK
31 İyul 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə