Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya mətbuatı Azərbaycan multikulturalizmindən yazır

Almaniyanın nüfuzlu "Der Freitag" qəzetində və "News24" portalında Azərbaycan multikulturalizmi mövzusuna həsr edilən məqalələr dərc edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqalələrdə mərkəzin icraçı direktoru Rəvan Həsənovun fikirlərinə geniş yer ayrılıb. Dünyada örnək olaraq qəbul edilən Azərbaycan multikulturalizm modelinə həsr olunmuş yazılarda ölkəmizin etnik və konfessional baxımından rəngarəng olmasından və bu müxtəlifliyin qorunmasında dövlətin maraqlı olmasından söhbət açılır. Multikulturalizmi dövlət siyasəti müstəvisinə qaldırmağın dövlətin özünün gələcək taleyi üçün həlledici olacağı məqalələrdə öz əksini tapıb. Bununla yanaşı, mədəniyyətlərarası və dinlərarası dialoqun regional və qlobal sülhün açarı olması, Azərbaycanın bu kimi platformalara böyük önəm verməsi qeyd olunub.
Məqalələrdə, eyni zamanda, multikulturalizm siyasətinin perspektivləri və dialoqun vacibliyi də vurğulanıb. Mərkəzin icraçı direktoru Rəvan Həsənovun bu fikirləri onun İngiltərənin "The Prisma" qəzetinə verdiyi müsahibəyə istinadən verilib.
"Der Freitag" qəzeti Berlində 1990-cı ildən çap olunur və mətbu orqan "The Guardian" qəzeti ilə sıx əməkdaşlıq edir. Azərbaycan multikulturalizm modelinə xarici ölkələrdə marağın böyük olması və bu modelin öyrənilməsi daim xarici ölkələrin KİV-ləri tərəfindən diqqətdə saxlanılır.

8 2020 20:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə