Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Taliban” məsuliyyəti öz üzərinə götürüb

“TOLO News” telekanalının məlumatına görə, “Taliban” hərəkatı Əfqanıstanda altı nəfərin ölümü və 20 nəfərin yaralanması ilə nəticələnən iki silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd olunur ki, birinci hücum Qəndəhar əyalətinin polis məntəqəsinə edilib. İnsident nəticəsində üç polis əməkdaşı həlak olub, 20 nəfər isə ağır  yaralanıb. İkinci hücum isə Qəzni əyalətində qeydə alınıb. Hadisə zamanı Deh dairəsinin polis rəisi və güc strukturlarının iki əməkdaşı silahlı hücumun qurbanı olub.
Xatırladaq ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. 2020-ci il fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” 18 ildən çox davam edən müharibə ərzində ilk  dəfə sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başladılmasını nəzərdə tutur.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

8 2020 20:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə