Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ: Şimali Koreya ilə danışıqlara hazırıq

Amerika Birləşmiş Ştatları (ABŞ) Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə danışıqlara hazırdır.  “Associated-Press” xəbər agentliyinin məlumatına görə, bu barədə ABŞ Dövlət katibinin müavini Stiven Biqan Cənubi Koreyaya səfəri çərçivəsində KİV-ə müsahibəsində deyib.

ABŞ rəsmisi məsələni şərh edərkən deyib: “Koreya yarım­adasının nüvə silahlarından təmizlənməsi vacib məsələdir. KXDR lideri Kim Çen In bu mövzuda mənimlə işləmək üçün səlahiyyətli şəxs təyin etsə, biz danışıqlar aparmağa hazırıq”.
Qeyd edək ki, bir müddət əvvəl KXDR Xarici İşlər Nazirliyi ABŞ-la danışıqlar masasına oturmayacaqlarını açıqlamışdı.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

8 2020 20:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə