Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hulusi Akar: İtaliya ilə əməkdaşlığımız bütün regionun xeyrinədir

Türkiyə və İtaliyanın əməkdaşlığı bütün regionun xeyrinə olacaq. Belə bir bəyanatla Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Ankarada italiyalı həmkarı Lorentso Querini ilə görüşün nəticələri ilə bağlı bəyan edib. Məlumatı “Anadolu” agentliyi verib. 

Akar qeyd edib: “Türkiyə və İtaliyanın bütün sahələrdə, xüsusilə müdafiə və təhlükəsizlik məsələlərində həm mülki, həm də hərbi səviyyədə əməkdaşlığı bizim ölkələrə, eləcə də ətraf regiona çox fayda verəcək”.
Türkiyəli nazirin sözlərinə görə, Ankara və Roma bir çox məsələ ilə bağlı eyni fikirdədir. 
Aparılmış danışıqların nəticələrinə qiymət verən müdafiə naziri deyib ki, tərəflər Liviya, Suriya və Şərqi Aralıq dənizi, eləcə də regional mövzularla bağlı səmərəli diskussiya aparıblar. Ümumilikdə, danışıqlar səmimi şəraitdə keçib.  
Hulusi Akar ümid etdiyini bildirib ki, tərəflər birgə işləməkdə davam edəcəklər. 
İtaliyanın Müdafiə naziri isə bəyan edib ki, nazirlərin görüşü məhsuldar olub: “Biz informasiya mübadiləsi apardıq və türk-italyan dostluğu ruhunda baxışlarımızı bölüşdük”.
Lorentso Querini qeyd edib ki, İtaliya və Türkiyənin ikitərəfli münasibətləri həmişə yüksək səviyyədə olub: “Biz Aralıq dənizində sabitliyi təmin etmək üçün də birgə işləməliyik”.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

8 2020 20:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə